TASS xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, baş nazir Narendra Modi və onun britaniyalı həmkarı Rişi Sunak G7 sammitinin birinci günü çərçivəsində azad ticarət üzrə danışıqların gedişini müzakirə ediblər.
“İki lider Hindistan-Böyük Britaniya azad ticarət danışıqlarını yekunlaşdırmaq da daxil olmaqla, hərtərəfli strateji tərəfdaşlıqlarını nəzərdən keçirdilər.
Liderlər ticarət və investisiya, elm və texnologiya, ali təhsil və insanlar arasında əlaqələr kimi geniş spektrdə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Mənbə: TASS
