Hindistan digər ölkələrin tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq yaşıl hidrogen ticarətinə məhdudiyyətlər tətbiq etmək üzrə idi.
Reuters xəbər verir ki, bunu Energetika və Bərpa Olunan Enerji Nazirliyinin rəhbəri Rac Kumar Sinq deyib.
“Bəzi ölkələr ticarət və texnologiya mübadiləsində yaşıl hidrogenə maneələr qoyur. Bunu etsələr, o zaman biz də baryerlər çəkəcəyik, o zaman bazarımızı itirəcəklər”, – deyə nazir bildirib.
Agentliyin məlumatına görə, Hindistan dünyada ən çox istixana qazı buraxan ölkədir. Buna görə də ölkə Hindistanın 2070-ci ilə qədər karbon neytrallığına nail olmasına kömək etməli olan yaşıl hidrogenin istehsalında maraqlıdır.
Reuters əlavə edib ki, Hindistan Almaniya ilə Avropa İttifaqından hidrogen almaq imkanı ilə bağlı danışıqlar aparmağa çalışır. Eyni zamanda Hindistan tərəfi qoyulan şərtləri məhdudlaşdırıcı hesab edib. Məsələ burasındadır ki, tenderin şərtlərinə görə, hidrogen istehsalı zavodu ilə emal müəssisələri arasında məsafə 500 km-dən çox olmamalıdır.
Mənbə: Reuters

