Hindistana tətbiq edilən tariflərdən sonra Modi Trampla əlaqə saxlayıbbackend

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın Yeni Dehli üçün tarifləri 50% artırmaq qərarına cavab verib.

Bu barədə “Newsweek” məlumat yayıb.

“Bilirəm ki, yüksək qiymət ödəməli olacağam, amma mən hazıram. Hindistan hazırdır”, – Modi deyib.

Avqustun 6-da Tramp Hindistandan gələn mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Onun sözlərinə görə, ölkə Rusiya neftini almaqla Ukrayna ilə münaqişədə Rusiyanı effektiv şəkildə maliyyələşdirir. Beləliklə, Hindistan mallarına qoyulan rüsumların ümumi məbləği 50%-ə çatıb.