Hindistanda bir klinika yoxsul ailələrdən körpələr alıb və onları surroqat analar üçün dünyaya gətirib, Times of India yazır.
Hyderabadda surroqat analıq adı altında körpələrin alverinə dair şok sxem üzə çıxıb. Hər şey IVF proseduru üçün klinikaya gedən cütlüyün surroqat anadan doğulduğu iddia edilən uşağın onlarla heç bir genetik əlaqəsi olmadığını aşkar etdikdən sonra başlayıb. Cütlük bioloji körpələrini alacaqlarını gözləyirdilər, lakin DNT testinin nəticələri bütün illüziyaları dağıtdı.
Məlum olub ki, doktor Namratha tərəfindən idarə olunan klinika əslində kasıb qadınların dünyaya gətirdiyi körpələri sataraq surroqat analıq proqramı çərçivəsində müştərilərin övladı kimi ötürürmüş. Klinikanın lisenziyası 2021-ci ildə ləğv edildi, lakin həkim işə digər həkimləri, agentləri və texniki işçiləri cəlb edərək fəaliyyətini davam etdirdi.
İstintaq çərçivəsində həkim Namratha, onun oğlu, dövlət xəstəxanasının əməkdaşı və agentlər də daxil olmaqla 8 nəfər həbs edilib. Evli cütlüyə verilən körpənin bioloji valideynlərinə 1000 dollar ödənilib və qadın başqa şəhərə doğuş üçün göndərilib. “Köçürmə” zamanı yeni doğulmuş körpə cəmi iki günlük idi. Ona proseduru ödəyən cütlüyün bioloji valideyn kimi göstərildiyi saxta sənədlər verilib.