Hindistanda çayda üzən qadını timsah sürüyübbackend

Daily Mail bildirir ki, Hindistanda timsah çayda üzən qadını sürüyüb.

Hindistanın Odişa əyalətində, Jajpur rayonunda 57 yaşlı Soudamini Mahala qadın paltar yuyarkən və Harasrota çayında çimərkən timsahın hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, nəhəng sürünən qəfildən qadının üzərinə atılaraq onu dərin çaya çəkib. Sahildə və yaxınlıqdakı körpüdə yerli sakinlər qışqıraraq suya tullanaraq hindistanlı qadını xilas etməyə çalışsalar da, timsah çox güclü olub.

“Biz timsahın qadını sürüyərək çaya tullanmaq istədiyini gördük, lakin bütün cəhdlərimiz boşa çıxdı”, – şahid bildirib.