Hindistanda çökmüş tuneldən işçilər xilas edilib

Hindistanın şimalındakı Uttarxand ştatında qismən çökmüş tuneldən bütün işçilər uğurla xilas edilib.

Bu barədə Ani agentliyi məlumat yayıb.

“Silkjara tunelində qapalı vəziyyətdə qalan 41 işçi uğurla xilas edilib”, – məlumatda deyilir.

Noyabrın 12-də Hindistanın şimalında tunel qismən çöküb. 17 gün ərzində orada 41 inşaat işçisi olub. Xilasedicilər bütün bu müddət ərzində əlaqə saxlayıb, uçan torpaqda xüsusi boru vasitəsilə işçilərə ərzaq, su və oksigen ötürüblər.

Xilasetmə işləri dağıntıların olması və daha da dağılma riski səbəbindən çətinləşib.

Mənbə: A haber

Oxşar xəbərlər