Hindistanda pirotexnika fabrikində partlayış: ölən və yaralananlar varbackend

Hindistanın mərkəzindəki Bayraqarh (Madhya Pradeş) kəndində gizli pirotexnika fabrikində partlayış baş verib. Hadisə nəticəsində azı 11 nəfər ölüb, 80 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları və xilasedicilər məlumat veriblər.

“Bu insidentdə 11 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Hadisə yerinə 50-dən çox təcili tibbi yardım maşını, 400 polis əməkdaşı, yanğınsöndürən və xilasedicilər cəlb olunublar”, – deyə Madhya Pradeş bələdiyyəsinin başçısı Mohan Yadava bildirib.