Hindistanda uşaqları ilə cəngəllikdə yaşayan rus qadın tapılıbbackend

PTI agentliyi xəbər verir ki, Hindistan polisi Kerala ştatında iki azyaşlı uşağı ilə mağarada yaşayan 40 yaşlı rus qadını aşkar edib.

Nəşr daha çox Mohi təxəllüsü ilə tanınan Nina Kutinanın iki həftəyə yaxın uşaqları ilə birlikdə mağarada olduğunu bildirir. Polis adi patrul xidməti zamanı ailəni tapıb.

Agentliyin məlumatına görə, qadın bir neçə il əvvəl Hindistana iş vizası ilə gəlib və uzun müddət Qoa şəhərində, mənəvi ənənələri və meditativ təcrübələri ilə məşhur olan sahilyanı Qokarna şəhərində olub. Bundan sonra qadın təkliyə ehtiyacı olduğuna qərar verdi. O, iki uşağı – altı yaşlı Priya və dörd yaşlı Ama ilə meşəyə gedib.