Hindistanın baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə səfər edəcək, NDTV xəbər verir.
Tədbir avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək.
Qeyd olunur ki, Modinin Çinə sonuncu səfəri 2019-cu ildə olub.
“ŞƏT-ə üzv ölkələrlə müzakirələr regional təhlükəsizlik, terrorizm və ticarəti əhatə edəcək. Hindistan və Çin arasında münasibətlərdə sabitliyin və dialoqun bərpası üçün səylər göstəriləcək”, – nəşr yazır.
Bundan əlavə, telekanalın məlumatına görə, sammit zamanı Modinin Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Tszinpin arasında qeyri-rəsmi görüşü mümkündür.