Hindistanın baş naziri Ukraynadakı münaqişənin həlli səylərini alqışlayırbackend

Hindistan Ukraynada sülhün bərqərar edilməsi səylərini alqışlayır.

Haber Global xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Çində Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Baş nazir qeyd edib ki, o, mütəmadi olaraq Rusiya tərəfi ilə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparır.

Siyasətçi ümid etdiyini bildirib ki, Ukrayna münaqişəsinin bütün tərəfləri nizamlanma məsələsinə konstruktiv yanaşacaqlar. Onun fikrincə, tezliklə sülhü bərqərar etməyin yollarını axtarmaq lazımdır.