Hindistanın bütün neft emalı zavodları Rusiya Federasiyasının neftindən imtina etdilərbackend

Hindistanın bütün neft emalı zavodları – istər özəl, istərsə də dövlət – ABŞ-ın daşıyıcıya qarşı son sanksiyalarından sonra Sovcomflot tankerlərində Rusiya neftini tədarük etməkdən imtina edib. Bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Hindistan neftayırma zavodları indi hər bir gəminin Sovcomflot və ya hər hansı digər sanksiyaya məruz qalmış şirkətlə əlaqəsi olmadığından əmin olmaq üçün onun sahibliyini yoxlayır.

Sovcomflot-un problemləri o deməkdir ki, Rusiya ixrac üçün daha az tankerə sahib olacaq və donanmasını azaltdıqdan sonra ölkə daha yüksək yükdaşıma xərclərini kompensasiya etmək üçün alıcılar üçün neft endirimlərini azaltmalı olacaq, mənbələr agentliyə izah etdilər.

Mənbə: Bloomberg