Hizbullah böyük tarixi qələbə elan etdibackend

İran tərəfdarı şiə hərəkatının nümayəndələri İsrail ordusunun İrana zərbələri dayandırmasından sonra “böyük tarixi qələbə” elan etdilər.

Hizbullah bu gün döyüşçülərinin fədakarlığı və Livan xalqının misilsiz əzmkarlığı və səbri sayəsində əldə ediləcək böyük tarixi qələbənin astanasında olduğunu bildirdi”, – təşkilatın İranın IRIB telekanalının Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İrana zərbələri daha iki həftə dayandırmağa razı olduğunu açıqladı. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton İrandan münaqişənin həlli üçün 10 bəndlik təklif alıb və bunun üzərində işləməyə hazırdır.