Hizbullah İsrail ordusunun hava qüvvələri komandirinin öldürüldüyünü təsdiqləyibbackend

Hizbullah Livan şiə hərəkatının hava qüvvələrinin komandiri Məhəmməd Hasin Sarurun İsrail Müdafiə Qüvvələrinin (IDF) hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Ötən gecə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bəyan edib ki, bu ölkənin hərbi hava qüvvələri sentyabrın 26-da Beyruta zərbələr endirib və Məhəmməd Hasin Saruru məhv edib.

KİV-in məlumatına görə, əsasən Hizbullah üzvlərinin istifadə etdiyi peycer və telsizlərin sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində eyni vaxtda partlaması nəticəsində Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Livan hakimiyyəti insidentə görə İsraili günahlandırıb. Daha sonra sentyabrın 19-da yəhudi dövləti Livan ərazisinə hava zərbələri endirməyə başlayıb.