Niderlandda hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ-ın respublika ərazisində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyaları səbəbindən ABŞ məhdudiyyətlərinə məruz qala bilərlər.
Bu barədə Hollandiyanın “Volkskrant” qəzeti yazır.
“Hollandiya konkret olaraq qeyd olunmayıb, lakin ICC-yə ev sahibliyi edən ölkə kimi o, xüsusi risk altındadır. Nəticədə BCM-də şübhəli bilinən şəxslər harada həbs olunsalar da, Hollandiya ərazisinə düşürlər”, – nəşrin məqaləsində deyilir.
Qeyd olunur ki, təkcə BCM, İsrail rəhbərliyinə qarşı iş başlatmış prokuror Kərim Xanla birlikdə deyil, digər işlərin araşdırılmasında iştirak edən işçilər də sanksiyalara məruz qala bilər. Bunlara Hollandiya dövlət qulluqçuları və prokuror üçün məlumat verənlər daxildir.