Hollandiya Amerika şirkətini çayı çirkləndirməkdə ittiham edibbackend

Hollandiya ABŞ-ın kimya şirkəti 3M-ni Zeeland əyalətindəki West Scheldt çayının mənsəblərini PFAS kimyəvi maddələri ilə çirkləndirməkdə ittiham edib.

Bu barədə “Reuters” ölkənin Nazirlər Kabinetinin bəyanatına istinadən xəbər verir.

“İnfrastruktur və Su Təsərrüfatı Naziri (Hollandiya) Mark Harbers rəsmi olaraq 3M kimya şirkətini Zelanddakı West Scheldt estuar zavodundan PFAS kimyəvi maddələrinin vurduğu ziyana görə məsuliyyətə cəlb edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yerli sakinlər çayın “əbədi” adlanan kimyəvi maddələrlə çirklənməsindən narahatdırlar. Vəziyyət balıqçılar və yerli hakimiyyət orqanları üçün zərərlidir. Hubers bunun əvəzini Amerika tərəfinin ödəməli olduğunu vurğulayıb.

Mənbə: Reuters