Hollandiya İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hava hücumunu pisləyib.
Bu barədə X sosial şəbəkəsindəki səhifəsində ölkənin xarici işlər naziri David van Wiel məlumat verib.
“Hollandiya İsrailin Dohaya hava hücumunu pisləyir. Dövlətlərin suverenliyinə hörmət edilməlidir. Bundan əlavə, bu addım Qəzza zolağında çox ehtiyac duyulan atəşkəs rejimini yaxınlaşdırmır”, – o yazıb.
Sentyabrın 9-da Sky News Arabia telekanalı Dohada bir neçə partlayışın baş verdiyini bildirib. Səbəb Fələstin HƏMAS hərəkatının qərargahına İDF-nin hücumu olub. Jurnalistlərin bildiyi kimi, hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub.