Hollandiya quru qoşunlarını almanlarla birləşdirirbackend

2023-cü ildə Hollandiya kollektiv Avropa müdafiəsini gücləndirmək üçün üç quru briqadasının alman qüvvələrinə inteqrasiyasını başa çatdırmağı planlaşdırır, plan 8 min nəfərin iştirakını nəzərdə tutur.

Qismən birləşmə barədə Bloomberg Hollandiya Kral Ordusunun komandanı general Martin Wijnen-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Hollandiyanın quru qoşunlarının tərkibində üç döyüş briqadası var, onlardan ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub.

Hollandiyanın 13-cü Yüngül Piyada Briqadası və Bundesverin 10-cu Panzer Diviziyasının da birləşdiriləcəyi bildirilir.

Mənbə: RİA Novosti

İctimai.az