Hollandiya Rusiya ilə döyüşmək istəmədiyini bəyan edibbackend

Hollandiya Ukraynada döyüşmək niyyətində deyil və NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın olmasını istəmir.

Bunu ölkənin müdafiə naziri Ruben Brekelmans “Trouw” qəzetinə müsahibəsində deyib.

“Biz, Hollandiya, həmişə demişik ki, Ukraynada döyüşməyəcəyik. Quru əməliyyatı yoxdur, çünki biz NATO ilə Rusiya arasında birbaşa qarşıdurma istəmirik”, – o bildirib.

O, Aİ-nin Ukraynada mümkün sülhməramlı missiyasından danışarkən qeyd edib ki, söhbət yalnız sülhün qorunmasından gedir.

Ötən həftə “The Wall Street Journal”ın Amerika nəşri yazıb ki, Parisdəki görüşdə Donald Tramp Ukrayna və Fransa liderlərinə hərbi əməliyyatlar dayandırıldıqdan sonra “güclü” və “yaxşı silahlanmış” Ukrayna görmək istədiyini bildirib.