Hollandiya Ukrayna döyüşçülərinə təlim keçmək üçün Almaniyaya 200-dən çox hərbçi göndərəcək

Bu il Hollandiya Ukrayna döyüşçülərinə təlim keçmək üçün Almaniyaya daha 230 hərbçi göndərməyi planlaşdırır.

Bu barədə NOS məlumat yayıb.

“Xarici işlər naziri Vopke Qukstra, müdafiə naziri Kaisa Ollonqren və beynəlxalq ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Lysje Schreinemaxer Nümayəndələr Palatasına yazıblar ki, ümumilikdə 30 min Ukrayna hərbçisinin təliminə töhfə verəcəklər”.

İlk 30 holland əsgəri aprel və may aylarında dörd həftə müddətinə göndərilməlidir. Qalan 200 nəfər avqust və sentyabr aylarında gəlməlidir və altı həftəni məşqlərə sərf etməlidir.

Mənbə: RİA Novosti

İctimai.az

Oxşar xəbərlər