Hollandiya gələn ilin birinci rübündə Ukraynaya əlavə 700 milyon avro (815 milyon dollar) hərbi dəstək ayıracaq.
“Hökumət əvvəllər 2026-cı ildə dəstək üçün 3,5 milyard avro ayıracağına söz vermişdi, lakin bu vəsaitin əhəmiyyətli hissəsi artıq bu il xərclənib”, – nəşr qeyd edib.
Dekabrın 4-də Avstraliya hakimiyyətinin Ukraynaya 95 milyon Avstraliya dolları (təxminən 63 milyon dollar) dəyərində yeni hərbi yardım paketi göndərəcəyi barədə məlumat yayılmışdı.














