Hollandiya vəd etdiyi Patriot kompleksini Ukraynaya verməkdən imtina edibbackend

Hollandiya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemini hələlik Ukraynaya ötürə bilməyəcək.

Bu barədə NL Times portalı Krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Materialda Amsterdamın başqa ölkə ilə birlikdə Kiyevi avadanlıqla təchiz etməyi planlaşdırdığı qeyd edilir. Lakin adı açıqlanmayan bu dövlət layihədə iştirakdan imtina etdiyi üçün Hollandiya təşəbbüsdən əl çəkməli olub.

2024-cü il mayın 28-də krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, ölkə hökuməti müttəfiqlərə Patriot kompleksini birgə yığaraq Ukraynaya çatdırmağı təklif edib. Hollandiya hava hücumundan müdafiə sistemi üçün əsas komponentlər və hissələri təmin etməyə hazır olduğunu ifadə edərək, digər dövlətlərdən çatışmayan hissələri əlavə etməyi xahiş edib.

Mənbə: A Haber