Hollandiyanın Klinge kəndində, Belçika ilə sərhəddə yerləşən zooparkda naməlum şəxs hasarın üstündən keçərək eşşəyə hücum edib.
Bu barədə Omroep Zeeland nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, heyvan hücumdan sağ çıxa bilməyib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və eşşəyə hücumda şübhəli bilinən şəxs axtarılır.
Hüquq-mühafizə orqanları heyvanın xəsarətlərinin dəqiq mahiyyətini və hücumun necə baş verdiyini açıqlamayıblar.