Honda avtomobillərində ciddi qüsurlar aşkar edilibbackend

CBS News xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı Honda proqram səhvinə görə 256 600 avtomobilini ABŞ bazarından geri çağırmaq qərarına gəlib.

“Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının noyabrın 17-də yaydığı bildirişə əsasən geri çağırma 2023-2025-ci il Honda Accord Hybrid avtomobillərinə aiddir”, – hesabatda deyilir.

Proqram xətası mühərrikin gücünü itirməsinə və dayanmasına səbəb ola bilər. Təmir sahiblərinə pulsuz olaraq dilerlər tərəfindən həyata keçiriləcək.