Honda yeni hidrogen yanacaq hüceyrəsi sistemini istehsal etməyə başlayacaqbackend

Yaponiya nəhəmgi Honda Motor Co bu il General Motors ilə birgə hazırlanmış yeni hidrogen yanacaq elementi sisteminin istehsalına başlayacağını və hidrogen biznesini genişləndirmək məqsədilə bu onillikdə satışları tədricən artıracağını açıqladı.

Honda bu onilliyin ortalarında illik təxminən 2000 ədəd yeni sistemin satışını hədəfləyəcək. Şirkət cümə axşamı bildirib ki, 2030-cu ildə bunu ildə 60.000 ədədə çatdırmağı hədəfləyir.

Honda şirkətinin baş icraçı direktoru Shinji Aoyama Tokioda şirkət tədbiri zamanı jurnalistlərə bildirib ki, Honda bu il GM ilə birgə müəssisə vasitəsilə hidrogen yanacaq elementi sisteminin istehsalına başlayacaq.

Mənbə: Reuters

İctimai.az