Hong Kong Post ABŞ-a göndərilən malların olduğu poçtun qəbulunu dayandırır.
Bu barədə poçt xidmətinin saytında məlumat verilir.
“Hong Kong Post mütləq ABŞ adından heç bir qondarma tarif yığmayacaq və Birləşmiş Ştatlara göndərilən malların olduğu poçtun qəbulunu dayandıracaq”, – deyə məlumatda bildirilir.
Yerüstü çatdırılma ilə bağlı qərar aprelin 16-dan qüvvəyə minir. Hava poçtuna gəldikdə isə aprelin 27-dən.