Honq-Konqda güclü yağışlara görə işıqların kəsilməsi xəbərdarlığı edilibbackend

Honq-Konqda güclü yağışlar səbəbindən ən yüksək “qara” xəbərdarlıq edilib.

bu barədə Çinin Xüsusi İnzibati Regionunun (SAR) meteoroloji rəsədxanası məlumat yayıb.

Yolların güclü su basması və kəskin hava şəraiti ilə əlaqədar şəhər sakinlərinə təhlükəsiz yerlərdə qalmaq tövsiyə olunub. Rəsədxana güclü yağışın daşqınlara və çayların daşmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Həmin ərəfədə Çinin Su Təsərrüfatları Nazirliyi daşqın təhlükəsi ilə əlaqədar Pekində fövqəladə reaksiya rejimi elan edib. Səbəb iyulun 24-də Çinin paytaxtına yağan güclü yağış olub. Şəhərin şimal-şərqindəki Miyun su anbarı 1964-cü ildə tikildiyindən bəri ən yüksək su axınını qeydə alıb.