“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin Baş direktoru dəyişib.
Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, ASC-nin Baş direktoru vəzifəsinə Emin Tofiq oğlu Vəliyev gətirilib. O, bu vəzifədə Rəşad Daşdəmirovu əvəzləyib.
Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.