Hunter Bayden günahını etiraf etməkdən imtina etdibackend

NBC kanalı xəbər verir ki, ABŞ prezidentinin oğlu Hanter Bayden 1,4 milyon dollar vergidən yayınmada günahını etiraf etməyib.

Eyni zamanda, Kaliforniya ştatında Los-Ancelesdə keçirilən məhkəmə iclasında kiçik Bayden şəxsən iştirak edib. Dövlət ittihamçıları hesab edirlər ki, Amerika prezidentinin oğlu bu məbləği və daha çox milyonlarla dolları vergi ödəmədən “ekstravaqant həyat tərzinə” xərcləyib.

İttiham tərəfi Hunter Baydenə 17 il həbs cəzası tələb edir.

Mənbə: NBC