ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Biden hazırkı prezidentin böyük oğulları Erik Tramp və Donald Jr.-ı qəfəs döyüşünə çağırıb. Bu barədə USA Today Baydenin sosial media paylaşımına istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bu, siyasi ailələr arasında davam edən düşmənçiliyin sonuncu epizodudur.
Hunter Biden bildirib ki, rejissor, jurnalist və kontent yaradıcısı Endryu Kallahan ona zəng edərək Tramp oğullarının iştirakı ilə döyüş təşkil etməyə çalışdığını deyib.
“Düşünürəm ki, o, mənimlə Erik və Don Jr. arasında qəfəs döyüşü təşkil etməyə çalışır. Mən ona dedim ki, əgər bacarsa, bunu 100% edəcəyəm”, – Bayden deyib.













