“Hüququnu Bil – Həyatını Qoru”
Gəncədə Hüquqi Maarifləndirmə Təlimləri Başladı
“Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən və 7 regionu əhatə edəcək “Hüququnu Bil – Həyatını Qoru” layihəsi çərçivəsində ilk maarifləndirmə təlimi Gəncədə keçirildi. Təlim hüquqşünas Ənvər Quliyev tərəfindən aparıldı.
Təlimin Mövzusu və Məqsədi
Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, onları hüquqlarını müdafiə etmək bacarıqları ilə təmin etmək və maarifləndirməkdir. Təlimlərdə iştirakçılar gündəlik həyatda rastlaşa biləcəkləri hüquqi məsələlər, öz hüquqlarını qoruma yolları və hüquq sisteminin iş prinsipləri haqqında məlumat əldə edirlər.
