Husilər Ədən körfəzində ABŞ-a qarşı əməliyyat elan ediblərbackend

Yəmənin Ənsar Allah hərəkatından olan husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat elan ediblər. Bu sözləri qrupun nümayəndəsi Yəhya Sariya öz Telegram kanalında deyib.

“ABŞ-ın bir neçə esminesi və döyüş gəmisi ilə toqquşma olub” deyə o yazıb.

Husi sözçüsünün sözlərinə görə, insident Ədən körfəzi və Bab əl-Məndəb boğazında Amerika hərbi gəmilərinin iki ticarət gəmisini qoruduğu, lakin təzyiqlərə tab gətirə bilməyib əks istiqamətə dönmək məcburiyyətində qaldığı bir vaxtda baş verib.

Mənbə: A Haber