Bir gün əvvəl Qırmızı dənizdə üsyançı Ənsar Allah hərəkatının Yəmən husilərinin hücumuna məruz qalan “Tutor” ticarət gəmisinin göyərtəsində filippinli ekipaj olub.
Filippin Xəbər Agentliyi xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yunanlara məxsus gəmi Liberiya bayrağı altında üzürdü. Filippin agentliyi gəmidəki vətəndaşlarının sayını açıqlamayıb.
Nazirlik Filippin hökumətinin filippinli ekipajın təhlükəsizliyini təmin etmək və ədaləti axtarmaq üçün bütün lazımi tədbirləri görəcəyini bildirib. Xarici İşlər Nazirliyi BMT-yə üzv olan bütün dövlətləri dənizçilərin hüquqlarını qorumağa çağırıb.
Yəmən husilərinin hücumu nəticəsində “Tutor” ticarət gəmisinə iyunun 12-də xeyli ziyan dəyib. Husilərin sözçüsü Yahya Saria, zərbənin pilotsuz qayıq, bir neçə pilotsuz təyyarə və ballistik raketlərdən istifadə edildiyini bildirib.
Mənbə: A haber