Husilərin Ukrayna gəmisinə hücumunun təfərrüatları məlum olubbackend

İranın “Camaran” freqatı husilərin hücumuna məruz qalan Ukraynaya məxsus “Verbena” yük gəmisindən göndərilən qəza siqnalına məhəl qoymayıb. Bu barədə TASS ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına istinadən xəbər verir.

Mesajda “Verbena” gəmisinin ekipajının baş verən yanğın və “bunun öhdəsindən gələ bilməməsi” səbəbindən qəza siqnalı verdiyi aydınlaşdırılıb. Digər yük gəmisi Anna cavab verdi. Gəmi dənizçiləri təhlükəsiz yerə daşımaq üçün gəmiyə mindirib.

“İranın “Camaran” freqatı “Verbena” yük gəmisindən səkkiz dəniz mili uzaqlıqda olub və qəza siqnalına cavab verməyib”, – komandanlığın bəyanatında qeyd olunub.

Mənbə: TASS