Xiaomi şirkəti HyperOS 2.2 yeniləməsini 37 cihaz üçün sınaqdan keçirir. Bu barədə XiaomiTime portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, HyperOS 2.2 mikroproqramının daxili stabil beta versiyası artıq bir sıra flaqman və məşhur Xiaomi smartfon modelləri, həmçinin planşetlər üçün əlçatandır.
Yenilənmənin birinci mərhələsi Xiaomi, Poco və Redmi cihazlarını, o cümlədən ən son nəsil flaqmanları və orta büdcəli modelləri əhatə edir. Xüsusilə, HyperOS 2.2 Xiaomi 13, Xiaomi 14, Xiaomi 15 seriyası, qatlana bilən MIX Flip və MIX Fold 3, eləcə də digər modellər üçün əlçatan olacaq.