“i-Learning Winter School” İnnovativ Öyrənmə Proqramına start verilirbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası və “NEN Group” MMC-nin tərəfdaşlığı ilə “i-Learning Winter School” innovativ öyrənmə proqramına başlanılır.

İctimai.az xəbər verir ki, layihə çərçivəsində komanda işi, zamanın idarə edilməsi, natiqlik, müsahibəyə hazırlıq və karyera planlaması üzrə ümumilikdə 5 istiqamətdə təlimlər həyata keçiriləcək. Təlim proqramı müddətində əldə olunmuş nəticələr gənclərin fərdi karyera inkişaf planının hazırlanması və təkmilləşdirilməsinə təkan verəcək.

“i-Learning Winter School” innovativ öyrənmə proqramı layihəsinin rəhbəri Nəbi İskəndərov bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin gələcək fəaliyyətində və karyerasında atacağı ilk addımlara təkan vermək, habelə nəzəriyyə və praktikanın vəhdət şəkilində olmaqla, qeyri-formal təhsil metodlarından istifadə etməklə bilik və bacarıqların interaktiv formatda tələbələrə aşılanmasından ibarətdir.

Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.

Layihədə iştirak etmək istəyən 18-25 yaş aralığında, təşəbbüskar, inkişafa meyilli və məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/gcRokgi26robfoBr7