İcazə sisteminə dəyişiklik edildi – Rəsmi Açıqlamabackend
Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.
İctimai.az bildirir ki, bunu Trend-ə açıqlamasında “Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirib.
Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.
Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.
İctimai.az