İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının kollektivi 8 Noyabr – Zəfər Günü ərəfəsində Ağdam rayonunun Xıdırlı, Sarıcallı və Kəngərli kəndlərində şəhid ailələrini ziyarət edib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə keçirilən görüşlərdə qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub, onların ailələrinə mənəvi dəstək göstərilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək bu cür ziyarətlərin şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıblar.
Qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik!


















