İcra başçısı özünə xanım müavin təyin etdibackend

Oğuz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

İctimai.az “Unikal”a istinadla xəbər verir ki, icra başçısının sərəncamı ilə Aliyə Arif qızı Osmanova Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Osmanova bu təyinatadək Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.