İcra başçısının müavinin evinin yanması ilə bağlı – RƏSMİ AÇIQLAMAbackend

Sosial şəbəkələrdə Lənkəranda şəhər İcra Hakimiyyətinin əməkdaşının bir neçə gün öncə evinin yanması ilə bağlı video paylaşılıb.

Hadisə ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşının “Yeni Gündəm”-ə verdiyi məlumat verib.

Lənkəran Şəhər İcra Hakimiyyəti olaraq bildirmək istəyirik ki, paylaşdığınız yanğın hadisəsi indi yox, 02 iyul 2020-ci il tarixdə saat 14:00 radələrində baş vermişdir. Lənkəran rayonunun Xanbulan kəndi sakini, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin müavini 1974-cü il təvəllüdlü İmanlı Asif Abdulağa oğluna məxsus ümumi sahəsi 192 kv-m olan yaşayış evinin 50 kv-m hissəsi yanmışdır.
FHN-nin Cənub Regional Nəzarəti İdarəsi tərəfindən verilən məlumata əsasən yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş vermişdir.
İcra Hakimiyyəti bu cür həssas məsələlərdə diqqətli olmağı, yalan və dəqiqləşdirilməmiş məlumatlar verməməyi, cəmiyyətdə ajotaj yaradacaq halları nəzərə almağı və rəsmi mənbəyə istinad etməyi bildirib.

İctimai.az