İcra Hakimiyyətindən Azərbaycan bayrağına qarşı hörmətsizlikbackend
Ağsu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik edib.
İctimai.az xəbər verir ki, bu barədə fotoqraf Orxan Əzim məlumat verib.
O bildirib ki, İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısında asılan bayraq hissələrə bölünüb, baxımsız vəziyyətdədir.
Məsələ ictimailəşdirildikdən sonra bayraq yenisi ilə əvəz edilib.
İctimai.az