İctimai Birlik: «Erməni terrorunu dünyaya çatdırmalıyıq»backend

“Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən media nümayəndələrinin tank əlyhinə minaya dü.məsi və nəticədə 3 nəfərin həyatını itirməsi Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur və bu dövlətin insani dəyərlərdən çox-çox uzaq oduğunu bir daha təsdqiləyir”

İctimai.az xəbər verir ki, bu fikirlər “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin bəyanatında yer alıb. İctimai Birlik əməkdaşlıq etdiyi Türk Şurasına daxil olan ölkələrin media qurumlarına müraciət edərək bu faciənin imkanları daxilində beynəlxalq aləmə çatdırılmasını zəruri sayır: Alyans bildirir ki, bütün imkanlardan yararlanıb, gücümüzü səfərbər edib Azərbaycana xalqına qarşı davam edən erməni terrorunu dünyaya çatdırmalıyıq.

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi beynəlxalq təşkilatların baş vermiş hadisəyə reaksiyası bu terrora  adekvat deyil. Bir sıra beynəlxalq təşkilat və qurumlar, insan haqları,jurnalist hüquqlarının qorunması ilə məşğul olan qlobal əhəmiyyətli bilriklər Ermənistandan minalamış ərazilərin xəritəsini müharibə qanunlarına uyğun olaraq Azərbaycan tərəfinə verilməsini tələb etməli olduğu halda, Azərbaycana media mənsublarını işğaldan azad edilən ərazilərə göndərməməyi tövsiyə edir. Hesab edirik ki, bu da növbəti dəfə ikili standartlar, erməni maraqlarına xidmət etmək deməkdir. Türk Dünyası Media Əməkdaşlıq Alyansı bəzi beynəlxalq təşkilatların bu cür mövqe sərgiləməsini qətiyyətlə pisləyir”..

İctimai Birlik bəyan edir ki, erməni diversantların Azərbaycana ərazisinə keçərək bəzi əraziləri minalanmasında Rusiya və onun sülhməramlı missiyası da məsuliyyət daşıyır: “Əgər Rusiya Ermənistana ciddi şəkildə təzyiq göstərsə və ondan 10 noyabr bəyanatına tam olaraq əməl etməyi tələb etsə, o halda Ermənistan bu kimi terror əməllərinə cürət etməz”.