İctimai fəaliyyəti ilə seçilən Tural İsaqov Fəxri Fərmanla təltif olunubbackend

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən uzunmüddətli ictimai fəaliyyəti ilə seçilən Tural İsaqov Fəxri Fərmanla təltif olunub.

Prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, səmərəli, ictimai fəaliyyət əzmi ilə fərqlənən Tural İsaqovun vətənpərvərliyi, zəngin daxili aləmi onun ictimai fəaliyyətinə geniş imkanlar açıb.

Tural İsaqov gənclərin inkişafına daim dəstək verən, diqqət və qayğı göstərərək fəaliyyətlərini yüksək qiymətləndirən YAP Gəncə şəhər təşkilatının rəhbərliyinə dərin təşəkkürünü bildirib.