“İctimai Lider Könüllülər” hərəkatı düşmənlə mübarizədə fəallığı ilə seçilibbackend

12 iyul tarixində Tovuz rayonunda başlayan şiddətli döyüşlərin ilk anlarından bugünə qədər könüllülərimiz sosial şəbəkələrdə fəallıqları ilə seçilir. Könüllülərimiz tərəfindən “Twitter”, “Facebook” və “Instagram” sosial şəbəkələrində müxtəlif dillərdə post və statuslar paylaşıldı, düşmənə məxsus hesablarda həqiqi olmayan məlumatları yerincədə cavablandırıldı, son günlərdə toplanmalı olan petisiyalarda aktiv şəkildə iştirak etdilər.
O cümlədən, ölkə daxilində bəzi hesab və səhifələrdə, saytlarda paylaşılan dezinformasiya xəbərlərin silinməsinə nail olublar.
Fəaliyyətimizdə bizə dəstək olan bütün gənc könüllülərə təşəkkürümüzü bildiririk.

“İctimai Lider Könüllülər” hərəkatı Tovuz rayonunda baş verən döyüşlərdə şəhid olan bütün hərbçilərimizin ailələri və yaxınlarına baş sağlığı verir, yaralanan hərbçilərimiz tezliklə sağalmasını arzu edir.

#HƏRŞEYVƏTƏNÜÇÜN
#BİZBİRLİKDƏGÜCLÜYÜK
#ŞƏHİDLƏRÖLMƏZVƏTƏNBÖLÜNMƏZ

İctimai.az