IFFHS 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqladıbackend

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Beləliklə, IFFHS Argentina yığmasının və PSJ-nin hücumçusu Lionel Messini 2022-ci ilin ən yaxşı futbolçusu elan edib.

Siyahıda Fransa yığmasının hücumçusu Kilian Mbappe ikinci, “Real”ın (Madrid) hücumçusu Kərim Benzema isə üçüncüdür.

Xatırladaq ki, IFFHS 2021-ci ilin ən yaxşı futbolçusu adına Robert Levandovskini layiq görmüşdü.

Mənbə: İffhs.com