İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun  siyasətibackend

Аzərbаycаn Rеspublikаsı dаim bütün dünyа üçün
təhlükə оlаn tеrrоrizmi pisləyir və оnа qаrşı аpаrılаn
bеynəlхаlq əhəmiyyətli mübаrizəni dəstəkləyir.
Hеydər Əliyеv,
Ümummilli lidеr

Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 138 il olduğunu bilirdinizmi?
Gəlin tarixə bir nəzər salaq…
1885-ci ildə Fransanın Marsel şəhərində Mkrtıç Portuqalyan tərəfindən təsis edilmiş “Armenakan” (sonralar- Ramkavar) partiyası “Böyük Ermənistan” dövlətini yaratmaq məqsədilə radikal erməni terror təşkilatlarının əsasını qoymuşdur.
Armenakanlar qərb ermənilərini türk əsarətindən xilas etmək uğrunda mübarizə adı altında “Ermənistanın azadlığı üçün bütün millətə azadlıq və ya ölüm” devizi ilə İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edərək Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmişdirlər.
1887-ci ildə “Hnçaq” (“Zəng”) partiyasını Cenevrədə Cenevrə Universitetində təhsil alan Qafqaz erməni tələbələri yaratmışdılar.
Əsas məqsədi Avropa diplomatiyasının köməyi ilə Qərbi Ermənistanı “azad etmək”, Türkiyənin Anadolu bölgəsini, “Rus Ermənistanı” və “İran Ermənistanı” adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Onlar partiyanın proqramının 4-cü bəndində göstərdikləri kimi qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodunu seçmişdilər.
1890-cı ildə “Daşnaksutyun” erməni federativ inqilab partiyasının yaranması üçün zəmin olan “Erməni inqilabçılarının ittifaqı” Tiflisdə üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikaelyan tərəfindən qoyulmuşdur.
Məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq olan təşkilatın 1891-ci ildə nəşr olunan “Droşak” (bayraq) qəzetində ermənilər öz proqramları barədə bunları yazırdılar: “Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.(Diqqət! Erməni xisləti: Mühitə görə öz fikrini, görüşünü, münasibətini asanlıqla və tez-tez dəyişən, dondan-dona girən olmalarını özləri sübut edirlər. – S.R.) Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, ermənilər torpağı qanla suvarmasa heç bir şey əldə edə bilməzlər. (Diqqət! Erməni xisləti: Qaniçən olmalarını özləri sübut edirlər. – S.R.) Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır”.( Diqqət! Erməni xisləti: Özləri sübut edirlər ki, ermənilər heç vaxt üstündə gəzdikləri torpağın ağası yox, nökəri olublar.– S.R.)
1892-ci ildə “Erməni inqilabçılarının ittifaqı” partiyasının adı dəyişdirilmiş, “Daşnaksutyun” erməni federativ inqilab partiyası adlandırılmışdır. Bu partiya bütün erməniləri Qriqoryan dini “Daşnaksutyun” partiyası ətrafında birləşdirdi. Əsas qayəsi daha çox türk xalqlarına qarşı terror, genosid törətməklə Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq, guya ermənilərin “haqq işini müdafiə etmək” olmuşdur.
Əsas təşkilati prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Hər hansı bir rayonun bir neçə komitəsi, rayonun mərkəzi komitəsini seçirdi. Partiyanın başında büro dururdu, əvvəl Rusiya və İranda, sonra Avropada, daha sonra isə Osmanlı İmperiyasında komitələr quruldu. Rusiya İmperiyasında partiyanın yaradılmasından dərhal
sonra Qarsda, Aleksandropolda (Gümrü), İrəvanda,Tiflisdə, Bakıda, Şuşada, Yelizavetpolda (Gəncə) və Rostovda komitələr təşkil olundu.
O zaman daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə “fədailər” üçün silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökumətinə qarşı qaldırılmasından ibarət idi.
Bu partiya Gürcüstanın özünə də, Azərbaycana da, başqa region ölkələrinə də, hətta Mərkəzi Asiya dövlətlərinə də böyük zərbələr vurdu. XX əsrin əvvəllərində yaşamış gürcü yazıçısı, tədqiqatçısı Qaribi yazır ki, “Daşnaksütyun” yaranana qədər Qafqazda dinclik var idi. Qafqazın dincliyi bu partiya yaranandan sonra pozuldu.
1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksutyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksutyun” «türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!» əmrini vermişdir.
“Daşnaksutyun” partiyasının ideoloji mənbəyi 80-ci illərin rus xalqçıları olmuşdur. 1892-ci ildə I qurultayda qəbul edilmiş nizamnamə və məramnamədən göründüyü kimi,
partiyanın qarşısında duran başlıca məqsəd-Qərbi Ermənistanda silahlı iğtişaşlar və terrorçuluq törətməklə ermənilərin mənafeyini qorumaq, Avropa ölkələrinin, xüsusən Rusiyanın köməyi ilə Türkiyədə Qərbi Ermənistan milli muxtariyyətinin yaradılmasına nail olmaq idi. Erməni burjuaziyasının və xırda burjua kütlələrinin maddi və mənəvi köməyinə arxalanan Daşnaksütyun partiyası Zaqafqaziyada milli münaqişəni qızışdırır, milli azadlıq hərəkatına başçılıq etməyə can atırdı.
XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896-cı ildə Osmanlı bankına təşkil etdikləri hücum idi. Lakin İstanbulda yerləşən qərb dövlətlərinin səfirliklərinin müdaxiləsi nəticəsində, Osmanlı hökuməti hücumda iştrak edən terrorçuların Avropaya getməsinə razılıq verir.
Qafqazda, Avropada və Yaxın Şərqdə rəhbər mərkəzlər və bürolar şəbəkəsi yaradan Daşnaksütyun partiyası “erməni məsələsi”ni həll etmək üçün Avropa dövlətlərinin müdaxiləsinə çalışır və yerlərdə özünümüdafiə qrupları adı ilə silahlı quldur dəstələri yaradırdı. . 1905-ci il burjua demokratik inqilabı dövründə eserlərin taktiki xəttinə əsaslanan Daşnaksütyun partiyası daxilində başlanan ixtilaflar nəticəsində partiyanı yenidən təşkil etməyə can atan solçular qrupu ayrıldı. 1907-ci ildə onlar “sosialist inqilabçı partiyasının erməni təşkilatı”nı yaratdılar.
Birinci dünya müharibəsi zamanı daşnaklar Rusiyanın tərəfinə keçərək ermənilərdən ibarət silahlı dəstələr yaradıb Osmanlı imperiyasına qarşı döyüşlərdə iştrak edir.Çar hökuməti ermənilərə qələbədən sonra Türkiyənin şərqində “Erməni muxtar dövlətinin” yaradılması vədini vermişdi. Lakin bu ərazilərdə ermənilər heç vaxt çoxluq təşkil etməmişlər, bu məsələnin həlli uçün erməni silahlı dəstələri müsəlman əhalinin (türklər və kürdlər) yaşadığı kəndlərə basqınlar təşkil edir, bu basqınlar nəticəsində on minlərlə insan amansızcasına qətlə yetirilir. Daşnaklar hətta türk hərbi hospitalına hücum edərək, oradakı yaralı türk əsgərləri və həkimləri qətlə yetirir. Silahlı dəstələrin təşkilində və türklərə qarşı təbliğatın aparılmasında erməni kilsəsi və kilsə xadimləri də yaxından iştrak edir. II Beynəlmilələ daxil olan Daşnaksütyun partiyası 1914-1918-ci illərdə Antantanı müdafiə edirdi. 1917-ci ildə Rusiyanın müvəqqəti burjua hakimiyyətinin müdafiəçisi mövqeyində dayanmışdı. Millətçi – marksist Stepan Şaumyan burjuaziyanın mənafeyini müdafiə edən “Daşnaksutyun” partiyasının erməni burjuaziyasının doğma övladı kimi meydana çıxması barədə qürurla danışırdı.
1921-ci ildə Ermənistanda sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparan və məğlubiyyətə uğrayan daşnaklar ölkəni tərk etməli oldular. 1923-cü ilin noyabrında daşnaklar İrəvanda keçirilən ümumi Ermənistan qurultayının qərarı ilə SSRİ ərazisində öz fəaliyyətini dayandırdı. Lakin xaricdə mühacirət edən Daşnaksütyun partiyası sovet hökumətinə qarşı mübarizədə beynəlxalq imperializmin silahına çevrildi.
İkinci Dünya müharibəsi illərində alman faşistləri ilə əməkdaşlıq edən daşnaklar özlərini SSRİ-nin məğlubiyyətinə inandıraraq Ermənistanda öz hakimiyyətlərini bərpa edəcəklərinə ümid bəsləyirdilər.
Zaman-zaman türklərin himayəsində yaşasalar da, ev-eşik sahibi olsalar da, heç zaman xəyanəti əldən buraxmayan ermənilər türk xalqına qarşı açıq düşmən münasibəti bəsləyiblər. XX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyada yaşayan türkdilli xalqlara qarşı soyqırım cinayətləri törədiblər.XX əsrdə ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırım cinayətləri üzə çıxdıqca bu toplumun terrorçu xisləti bir daha özünü göstərir.
Daşnaklar mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX əsr ərzində 4 mərhələ üzrə -1905-1906-cı , 1918-1920-ci, 1948-1953-cü , 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etməklə soyqırımları həyata keçirmişlər.
Daşnaklar dünyanın bir sıra ölkələrində- ABŞ-da, İranda, Livanda, Fransada, Yunanıstanda geniş partiya şəbəkələri yaratmaqla Ermənistan ərazisinə nüfuz etməyi, öz partiya özəklərini yaratmağı planlaşdırırdılar. Bunun üçün SSRİ dövlət təhlükəsizlik orqanları ilə sıx “əməkdaşlıq” etməklə beynəlxalq aləmdə onun əlaltısına çevrilməyə həvəs göstərirdilər. 60-cı illərdən sonra bu “əməkdaşlıq” güclənir.
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
2020-ci ilin sentyabrında başlayan 2-ci Qarabağ müharibəsində şanlı Azərbaycan ordusunun döyüş meydanındakı həmlələrinə cavab verməkdə acizlik çəkən ermənilər müharibə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər şəhərlərini hədəfə alırdılar. 1918-ci ildən fərqli olaraq 2020-ci ildə Kütləvi informasiya vasitələrinin imkanları sayəsində erməni xislətinin həqiqi simasını dünya ictimaiyyətinə çatdıraraq əsl soyqırımın kimə törədildiyini göstərmək mümkün olmuşdur.
Dünyanın ali qurumları ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti -Azərbaycan türkünə qarşı açıq şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparan erməni-daşnak faşistlərinin “dənizdən dənizədək” (Qara dənizdən Aralıq dənizinədək) “Böyük Ermənistan” dövləti yaratmaq arzuları gözlərində qaldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi
YAP təşkilatının sədri Sevinc Rəsulova