AvtoVAZ 2024-cü ildə İjevskdəki zavodunda benzin və elektrik versiyalarında 30 min Lada Largus avtomobili istehsal etməyi planlaşdırır. TASS bu barədə şirkətin prezidenti Maksim Sokolova istinadən xəbər verir.
“Daxili yanma mühərrikli avtomobillər üçün istehsalı planlaşdırılan həcm hələ ki, ilin sonuna qədər iclası keçiriləcək direktorlar şurası tərəfindən təsdiqlənir. Amma bizim təklifimiz həm daxiliyanma mühərrikli, həm də elektriklə işləyən təxminən 30 min avtomobildir”, – agentlik Sokolovun İjevskdəki “Lada” zavodunda “Lada e-Largus” istehsalının işə salınması mərasimində deyib.
Sokolovun sözlərinə görə, istehsal olunan elektromobillərin həcmi 2024-cü ildə dövlət dəstəyi tədbirlərindən asılı olacaq.
Mənbə: TASS

