İki avtomobilin toqquşması nəticəsində 13 nəfər yerindəcə həlak oldu – VİDEObackend

ABŞ-ın Kaliforniya ştatının Meksika ilə sərhəddə yerləşən Holtvill şəhərinin ərazisində yolsuzluq avtomobili ilə yük maşının toqquşması nəticəsində 13 nəfər yerindəcə həlak olub, azı altı nəfər xəsarət alıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Kaliforniya ştatının polis şefi Ömər Vatson mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.