İki isveçli azarkeşi öldürən terrorçu “Allahu Əkbər” qışqırıbbackend

Sudinfo xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika və İsveç yığmaları arasında keçirilən oyundan əvvəl iki isveçli azarkeşi qətlə yetirən terrorçu cinayəti törədərkən “Allahu Əkbər” qışqırıb.

Daha sonra cinayətkarın sosial şəbəkələrində “kafirləri öldürdüyünü” bildirən video yayılıb. Terrorçu narıncı rəngli pencək geyinib. Onun sosial media səhifəsində Fələstin və İsrail arasında silahlı münaqişəyə həsr olunmuş yazılar var.

1:1 hesabı ilə başa çatan görüş birinci hissədən sonra yarımçıq qalıb. 15-ci dəqiqədə isveçli Viktor Diekeres hesabı açıb, 32-ci dəqiqədə isə Romelu Lukaku penaltidən tarazlığı bərpa edib.

Mənbə: TRT Sport