Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Vaz-21015” markalı maşınla “Kia” markalı avtomobil toqquşub. Bu zaman avtomobillərdən biri iki piyadaya dəyib, onlardan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Maşında olan sərnişinlərdən birinin də xəsarət aldığı bildirilir.