İki nazir müavini DTX-ya çağırılıbbackend

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

İctimai.az